16.04.2025
Aprelin 16-da Masallı rayon Mərkəzi Kitabxanasında MİHİ Masallı rayon Komitəsinin təşkilatçılığı ilə 28 Aprel-Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olumuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda tədbir keçirilib.
Tədbirdə MİHİ Masallı raon Komitəsinin sədri Vəkil İsmailov, Lənkəran-Astara Regionional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Salman Yunusov və Masallı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.
Tədbirin əhəmiyyətini vurğulayan MİHİ Masallı rayon Komitəsinin sədri Vəkil İsmailov süni intellektin idarəetmədə perspektivindən, Azərbaycanda süni intellektin ayrı-ayrı komponentlərinin artıq müxtəlif sahələrdə tətbiqindən danışıb.
Çıxışlarda qeyd olunub ki, elektron hökumətin inkişafında süni intellekt və digər inkişafda olan texnologiyaların tətbiqi vətəndaş məmnuniyyətinin təmin olunması üçün önəmlidir.