15.04.2025
Mədəniyyət nazirinin müavini Murad Hüseynov aprelin 15-də Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin fəaliyyəti ilə tanış olub və şagirdlərin ifasında təqdim olunan konsert proqramını izləyib.
Sonda Xalq artisti Murad Hüseynov Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların fortepiano ixtisası üzrə təhsil alan şagirdləri üçün ustad dərsi keçib.