14.04.2025
Masallı Tarix- Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Azərbaycanın oftalmoloqu, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anım günü ilə əlaqədar olaraq “Bir qadın ömrü” adlı tədbir keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra video rolik təqdim olundu.
Masallı Dövlət Regional Kollecin tərbiyə işləri üzrə direktor müavini Dilarə Hüseynova çıxış edərək bildirib ki, bu dünyaya vida deyib sənətindən, peşəsindən asılı olmayaraq, xatirələrdə yaşayan insanları zaman-zaman xatırlamaq adəti, nə yaxşı ki, hələ qalıb. Bu adət xatırlanan şəxsin timsalında bizə bir millət, bir xalq kimi nələrə qadir olmağımızın, kimlərlə təmsil edilməyimizin qürurunu yaşatmaqla bərabər, həm də çağdaş dövrdə və bundan sonra da özümüzə bir qədər kənardan baxmaq, özümüzü dəyərləndirmək imkanı yaradır.
Sonra çıxış edən muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona «Oftalmologiya» ixtisası üzrə böyük elmi işçi adı vermişdir.
Daha sonra muzeyinin əməkdaşı Heydərzadə Nazənin və Kollecinin müəllimi Aynur Məmmədova Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlardan, Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etməsi və bir qadın kimi yaşadığı həyat yolundan danışıblar.