Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan abidələr diyarıdır

15.04.2025

Aprelin 15-də Astara Tarix-Diyarşünaslıq Muzeyində 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “Azərbaycan abidələr diyarıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara şəhər Fərman Əliyarov adına 6 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə muzeyin direktor vəzifəsini icraedən Şahin Əliyev açaraq qeyd edib ki, Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Bu günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri göstərir ki, Azərbaycanda yaşamış insanların keçdikləri keşməkeşli və şərəfli yollar qədim yaşayış məskənlərində və soxsaylı abidələrdə öz əksini tapıb. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, tədqiqi və təbliği sahəsində mühüm işlər həyata keçirilir. Son illər tarix və mədəniyyət abidələrimizin bərpasına diqqət və qayğı artırılmış, dünya əhəmiyyətli abidələrin bir neçəsi YUNESKO-nun dünya Mədəni İrs siyahısına salınmışdır.

Sonra mövzu ilə bağlı muzeyin kiçik-elmi işçisi Çiçək Axundova məruzə edib.

Yekunda şagirdlər muzeyə ekskursiya ediblər.