Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Erkən nigah və onun fəsadları

16.04.2025

Aprelin 16-da Masallı Dövlət Regional Kolleci, Tarix- Diyarşünaslıq Muzeyi, rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Erkən nigah və onun fəsadları” mövzusunda tədbir keçirilib.

Gənclər Mərkəzində keçirilən maarifləndirici tədbirdə təşkilatçı müəssisələrin nümayəndələri, həkimlər, tələbə və gənclər iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda bildirilib ki, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir.Erkən yaşda ailə quran qızlar təhsildən də kənarda qalırlar. Erkən nikahların problem yaratmasınını səbəblərindən biri də yeniyetməlik dövrünə təsədüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür. Həmçinin evlilik şəxsin seçim edə biləcəyi bir hadisə olduğu halda erkən evlilik onun seçiminin və uşaqlıqlarının əlindən almaqla onların inkişafında travmalara səbəb olunmasından bu insanlara erkən yaşda ailə, ev, uşaq baxımı kimi məsuliyyətləri yükləməklə, şəxsi inkişafdan yoxsul qalınmasına səbədən olur. Erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.