Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Konstitusiya və Suverenlik İli

14.04.2025

Aprelin 14-də Cəlilabad 2 saylı şəhər klubu, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin 1-ci Tədris korpusunun müəllim və şagird kollektivinin iştirakı ilə "Konstitusiya və Suverenlik ili" mövzusunda tədbir keçirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Klubun direktoru Qorxmaz Əliyev tədbirdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalan Azərbaycan tarixində böyük siyasi-ictimai hadisədir. Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

Yekunda tələbələr də mövzu ilə bağlı çıxış ediblər.