Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Ailə institutu və mənəvi dəyərlər” mövzusunda dəyirmi masa keçirilib

16.04.2025

Aprelin 16-da Yardımlı rayon Mərkəzi Kitabxanasında Yardımlı Peşə məktəbinin şagirdləri və oxucuların iştirakı ilə “Ailə institutu və mənəvi dəyərlər” mövzusunda dəyirmi masa keçirilib.

MKS-in direktor əvəzi Mehman Xanızadə tədbir iştirakçılarını salamlayaraq mövzunun mahiyyəti haqqında məlumat verib.

Sonra kitabxananın şöbə müdiri Vasif Abdulov mövzu ilə bağlı geniş məruzə edərək qeyd edib ki, cəmiyyətin, xalqın, millətin etno-mədəni irsini daşıyan, adət və ənənələrini yaşadan, gənc nəslin tərbiyəsini formalaşdıran ailə institutu hər zaman cəmiyyətin bütün inkişaf proseslərinə, dövlətin sağlam dayaqlar üzərində qurulmasına öz ciddi təsirini göstərib. Hər bir ölkədə cəmiyyətin inkişafının kökündə möhkəm ailə durur, sağlam ailə sağlam cəmiyyətin əsasını təşkil edir. Azərbaycan xalqının mental dəyərlərində də ailə müqəddəs ocaq, hörmət və ehtiram mənbəyidir.

Yekunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.