17.04.2025
Aprelin 17-də Cəlilabad Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə açıq havada "Narkomaniyaya yox deyək!" devizi altında sərgi təşkil olunub.
Tədbirdə Lənkəran Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Fuad Əzizov, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin, Mədəniyyət Mərkəzinin, qalereyanın əməkdaşları və dərnək üzvləri iştirak edib.
Tədbiri giriş sözü ilə Cəlilabad Dövlət Rəsm Qalereyasinin bərpaçı rəssamı Ramilə Quliyeva açaraq sərginin mahiyyətindən danışıb.
Sərgidə dərnək üzvlərinin əl işlərindən ibarət rəsmlər və onların ifasında səhnəciklər nümayiş olunub.