17.04.2025
Aprelin 17-də Cəlilabad rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə mərkəzdə “Gənclik zərərli vərdişlərə qarşı” mövzusunda tədbir keçirilib.
Tədbirdə təşkilatçı müəssisələrin, Uşaq Səfirlər Məclisinin Cəlilabad rayonu üzrə əməkdaşları və tələbələr iştirak edib.
Çıxışlarda narkomanlığın ictimai bəla olaraq cəmiyyətə ziyanı, bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi, müxtəlif zərərli vərdişlərin yayılmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlərin təşkil edilməsi iştirakçıların diqqətinə çatdırılıb.
Sonda “Narkomaniya və QİÇS kimi xəstəliklər haqqında məlumatlandırma” filmi nümayiş olunub.