Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Biz kitab oxuyarkən məkan və zaman xaricində sərbəst səyahətə çıxırıq

23.04.2025

Aprelin 23-də Astara rayon Heydər Əliyev Mərkəzində 23 aprel Ümümdünya kitab və müəllif hüquqları günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Astara şəhər M.Ə.Sabir adına 1 saylı və A.Hidayətov adına Lovayn kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur. Hər il aprelin 23-də keçirilən müvafiq tədbirlərdə kitabların geniş əhatə dairəsi – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğu ictimaiyyətin diqqətinə bir daha çatdırılır.

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.

Daha sonra “23 aprel Ümümdünya kitab və müəllif hüquqları günü” adlı qısa sənədli filmi nümayiş olunub.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.