23.04.2025
Astara rayon Mərkəzi Kitabxanasının və Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının (YAP) birgə təşkilatçılığı ilə kitabxananın Oxu Konstitusiya və Suverenlik ili ilə əlaqədar olaraq "Heydər Əliyev Konstitusiya və Suverenliyin təminatçısıdır" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatının əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Kitabxananın direktoru-əvəzi Emil Baxşıyev tədbiri açaraq bildirib ki,Azərbaycan bu gün dünyada qalib ölkə kimi tanınır.Ümümmilli Lider Heydər Əliyevin əsasını qoyduğu strateji inkişaf kursu bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Nəticədə Azərbaycan Beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu dövlət kimi tanınır.Uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz qarşıya qoyduğu bütün məqsədlərə ardıcıl şəkildə nail olub.2025-ci ilin " Konstitusiya və Suverenlik ili" elan olunması dövlət qulluğu və hüquqi islahatların dahada güclənməsinə xidmət edir.
Sonra YAP Astara rayon təşkilatının sədr müavini Vüqar Abbasov məruzə ilə çıxış edib.
Yekunda mövzu ilə bağlı sərgiyə baxış keçirilib.