Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq Kitab və Müəllif Hüquqları Gününə həsr olunmuş kitab sərgisi

23.04.2025

Aprelin 23-də Masallı rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü münasibətilə kitab sərgisi təşkil olunub.

Tədbir çərçivəsində oxucular müxtəlif janrlarda və mövzularda olan kitablarla tanış olub, sərgilənən ədəbiyyat nümunələrinə maraqla baxıblar. Kitabxana əməkdaşları ziyarətçilərə təqdim edilən əsərlər, eləcə də müəllif hüquqları barədə ətraflı məlumat veriblər.

Sərgi zamanı bir sıra yeni oxucular da kitabxananın fəaliyyətinə maraq göstərərək üzvlüyə yazılıblar.