Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü qeyd olunub

23.04.2025

Aprelin 23-də Masallı rayon Mərkəzi Kitabxanasında 23 Aprel – Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü münasibətilə uşaqlar üçün maraqlı və maarifləndirici ekskursiya təşkil olunub.

Ekskursiyada Şəkərbala uşaq bağçasının balaca fidanları iştirak ediblər. İlk olaraq kitabxananın qarşısında qurulmuş kitab sərgisinə baxış keçirilib. Daha sonra kitabxana əməkdaşları uşaqlara nağıl oxuyub, onları kitabxananın fəaliyyəti ilə yaxından tanış ediblər.

Qeyd edək ki, belə tədbirlər uşaqlarda oxu vərdişinin aşılanması, kitab sevgisinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.