Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Odlar diyarının məğlubedilməz ordusu

22.04.2025

Aprelin 22-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Konstitusiya və suverenlik ili" ilə əlaqədar icra olunan layihələrdən biri olan "Odlar diyarının məğlubedilməz ordusu" adlı layihənin növbəti tədbiri keçirilib.

Tədbirdə Yardımlı rayon Köryədi kənd ümumi orta məktəbinin şagirdləri iştirak edib.

Mərkəzin baş fond mühafizi Zeynəb Məmişzadə "Konstitusiya və suverenlik ili" çərçivəsində mərkəz tərəfindən icra olunan layihələr haqqında məlumat verib. Z.Məmişzadə həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin bərpa olunmasında böyük qəhrəmanlıq göstərmiş ordumuzun şücaətindən, vətənpərvərlik duyğusunun önəmindən bəhs edib.

Sonda mövzuya uyğun olaraq "A əməliyyatı" filmi nümayiş olunub.