23.04.2025
Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli hərbi xadim, general-leytenant Əliağa Şıxlinskinin anadan olmasının 160 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Masallı Dövlət Regional Kollecin tələbələri və kitabxana əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Oxu zalının müdiri Şəmsurə Nəsirova Əliağa Şıxlinskinin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. O, generalın Azərbaycan hərb tarixi üçün önəmindən, vətənə sədaqətindən və şəxsi keyfiyyətlərindən bəhs edərək, gənclərin belə nümunəvi şəxsiyyətləri tanımasının vacibliyini vurğulayıb.
Daha sonra kitabxananın əməkdaşı Arzu Hüseynova “Əliağa Şıxlinskinin həyatı və hərbi fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, generalın Rusiya imperiyası ordusunda göstərdiyi xidmətlər, qazandığı yüksək rütbələr və hərb elminə gətirdiyi yeniliklər barədə geniş məlumat verib.