24.04.2025
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Masallı Dövlət Rəsm Qalereyasında təşkil olunan “Müxtəlifliyə qucaq açaq (Embracing Variety-EV)” adlı səyyar rəsm və foto sərginin növbəti qonaqları Masallı Bioloji Təbabət Mərkəzinin kollektivi olub.
Qalereyaya ekskursiya edən kollektiv sərgidə nümayiş olunan foto və rəsm əsərləri və “Əks səda” installyasiyası sərgisi ilə yaxından tanış olduqdan sonra cəmiyyətin müxtəliflik, birlik və gələcəyini təmsil edən “Genitik kod ağacı” adlı interaktiv tabloda kətan üzərində özlərinin barmaq izi ilə yarpaqlar çəkiblər.