Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xilaskar Ordunun Müzəffər Ali Baş Komandanı

24.04.2025

Aprelin 24-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və YAP Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibəti ilə “Xilaskar Ordunun Müzəffər Ali Baş Komandanı” mövzusunda tədbir keçirilib.

Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisənin əməkdaşları, şəhid ailələri, qazi və müharibə veteranları, mədəniyyət işçiləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanıb. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Ordu sahəsində ən böyük uğurlar, hərbi məktəblərin yaradılması, Azərbaycanda hərb sənətinə marağın güclənməsi, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı.

Təşkilat sədri qeyd edib ki, 2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək düşməni məğlub etdi və ərazi bütövlüyümüz bərpa olundu, Dövlət-Ordu-Xalq birliyi Azərbaycanın hərbi və siyasi qələbəsini təmin etdi.

Sonra çıxış edən Muzeyinin direktoru Əntiqə Tağıyeva Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi strategiyaya əsaslanan ordu quruculuğu prosesinin xalqımızın zəngin və şərəfli ənənələrini qorumaqla həyata keçirilməsindən danışıb.

Daha sonra Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Nahid Rəhimov, “Qarabağ və 3-cü dərəcəli Rəşadət” ordeni ilə təltif olunmuş Nazim Cəfərzadə, Vətən müharibəsi iştirakçısı Ülvi Sərdarlı və başqa çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbədən bəhs ediblər.