Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli -mənəvi dəyərlərimiz

24.04.2025

Aprelin 24-də Astara Tarix-Diyarşünaslıq Mueyində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nına əsasən uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi ilə əlaqədar “Milli -mənəvi dəyərlərimiz” haqqında maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ərçivan qəsəbə Fuad Qasımov adına 1 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə muzeyin kiçik-elmi işçisi Çiçək Axundova açaraq qeyd edib ki, Milli dəyərlərimizin qorunması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Bizi başqa xalqlardan, millətlərdən fərqləndirən də elə bir çox məqamda milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, mənəviyyatımızdır. Bu mənada Azərbaycan ailəsi də başqa ailələrdən fərqlənir. Ailələrimizdə böyüyə hörmət, ata-anaya sevgi, ehtiramla davranmaq, kiçiklərə qayğı, diqqət əsas göstəricilərdəndir. Bizim gələcək nəsillərə örnək olan əxlaq, tərbiyə simvolu, məhəbbət etalonu kimi daim hörmətlə anılan nümunəvi aliələrimiz çoxdur. Bu ailələr Azərbaycan xalqına sözün əsl mənasında böyük şəxsiyyətlər,dahilər bəxş etmişdir.

Sonra balaca ziyarətçilərə muzeyin tarixi, fəaliyyəti, burada nümayiş etdirilən milli dəyərlərimizdən geniş məlumat verilib.

Yekunda uşaqlarla fikir mübadiləsi aparılıb.