Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə “Hüquqlarımı tanıyıram, gələcəyimi qururam” mövzusunda tədbir keçirilib

24.04.2025

Lerik Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə H. Nəciyev adına Noda kənd ümumi orta məktəbində “Hüquqlarımı tanıyıram, gələcəyimi qururam” mövzusunda maarifləndirici görüş keçirilib.

Tədbir "Konstitusiya və Suverenlik İli " çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli, 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədi ilə keçirilib. Görüşün əsas məqsədi məktəblilərə Konstitusiya, suverenlik və uşaq hüquqları barədə biliklərin aşılanması, onların hüquqi dünyagörüşünün artırılması və vətənpərvərlik ruhunda formalaşmasına dəstək vermək olub.

Görüş zamanı iştirakçılara Azərbaycan Respublikasının Konstitusiyasının mahiyyəti, dövlətin suverenliyi, rəmzləri və vətəndaşların əsas hüquq və azadlıqları, vəzifələri haqqında ətraflı məlumat verilib. Eyni zamanda, uşaqların hüquqları, onların cəmiyyətə inteqrasiyası və müdafiəsi mövzusunda fikir mübadiləsi aparılıb.

Maarifləndirici sessiya interaktiv formada təşkil olunub. Şagirdlər üçün sual-cavab formatında aktiv iştirak imkanı yaradılıb, Konstitusiya və hüquqlar mövzusunda təqdimatlar nümayiş etdirilib.