22.04.2025
Aprelin 22-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzındə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda panel müzakirəsi keçirilib.
Tədbir Lənkəran şəhər Heydər Əliyev Mərkəzi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Panel müzakirəsindən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini yad ediblər.
Heydər Əliyev Mərkəzinin akt zalında davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov və Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimovun çıxışları dinlənilib.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və gənclərin milli ruhda formalaşmasında göstərdiyi əvəzsiz xidmətlərdən bəhs olunub.
Panel müzakirəsində Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi Cəmil Quliyev və Lənkəran Dövlət Universitetinin baş müəllimi Emin Məlikov spiker qismində iştirak ediblər. Onlar Heydər Əliyevin siyasi irsinin bu gün də gənclər üçün yol göstərən nümunə olduğunu qeyd ediblər.
Tədbirin sonunda iştirakçı gənclərin sualları cavablandırılıb, müzakirələr interaktiv şəkildə davam edib.