Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hər Kitab bir müəllifin övladıdır

23.04.2025

Astara rayon Mərkəzi kitabxananın Uşaq şöbəsində 23 Aprel-Ümümdünya Kitab və Müəlliflik hüquqları günü ilə əlaqədar "Hər Kitab bir müəllifin övladıdır" mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara şəhər M.Ə.Sabir adına 1 saylı orta məktəbin müəllimi Arzu Əlizadə və IV sinif şagirdləri iştirak ediblər.

Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova tədbiri giriş sözü ilə açaraq bildirib ki,kitab bəşər mədəniyyətinin inkişafında mühüm rol oynayan ən böyük kəşflərdən biridir.Ümümdünya Kitab və Müəlliflik Hüquqları Günü qeyd edilməsi kitablardan və mütaliədən zövq almağa təşviq edir.Bu tarix kitablara və müəlliflərə dünyada ehtiram göstərmək məqsədilə yaradılıb,bütün dünyada qeyd edilir.

Sonda məktəbin müəllimi Arzu Əlizadə mövzu ilə bağlı fikirlərini ifadə edib.

Yekunda şagirdlər dünya və yerli müəlliflər haqqında təqdimatlar ediblər.