Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müasir cəmiyyətdə ailə dəyərləri və onun qorunması

22.04.2025

Aprelin 22-də Yardımlı rayon Mərkəzi kitabxanasında “Müasir cəmiyyətdə ailə dəyərləri və onun qorunması” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən kitabxananın direktor əvəzi Mehman Xanızadə “Ailə siyasətinin həyata keçirilməsi istiqamətində işlərin icrası ilə əlaqədar Lənkəran-Astara Regional Mədəniyyət idarəsinin "Tədbirlər Planı” haqqında məlumat verib.

Sonra kitabxananın şobə müdiri Ərşad İsrafilov geniş məruzəsində qeyd edib ki, ailə ənənələrin, keçmiş nəsillərin təcrübəsinin qoruyucusu və ötürücüsüdür. Fərd ailədə sosiallaşır, bəşəriyyətə uğurla xidmət etmək üçün zəruri olan keyfiyyətləri əldə edir, təbii fərdiyyətçiliyi aradan qaldırır, “başqaları üçün” yaşamağı öyrənir. Ailə insani dəyərlərin qorunmasını, nəsillərin mədəni və tarixi varisliyini təmin edən əsas elementidir. Ölkənin inkişafı haqqında fikir söyləmək üçün cəmiyyətdə ailənin vəziyyətinə və dövlətin ailəyə münasibətinə nəzər salmaq lazımdır. Ailənin əmin-amanlığı ölkənin tərəqqi və inkişaf meyarıdır.

Daha sonra digər əməkdaşlar Eldəniz Heydərov, Gündüz Manafov da mövzu ilə bağlı fikirlərini bildiriblər.