Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda “Suverenlik Kuboku” uğrunda intellektual oyunun rayon birinciliyi keçirilib.

23.04.2025

Aprelin 23-də Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsinjn və Cəlilabad şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar “İntellekt Klub” layihəsi çərçivəsində “Suverenlik Kuboku” adlı “Nə? Harada? Nə zaman? intellektual yarışın rayon birinciliyi keçirilib.

Tədbirdə Cəlilabad rayonu üzrə gənclər və idman,təhsil sektorunun əməkdaşları, Cəlilabad şəhər Heydər Əliyev Mərkəzinin direktoru işktirak edib.

İntellektual yarışda rayonun ümumtəhsil məktəblərindən 4 komanda mübarizə aparlb.

3 mərhələnin yekun nəticəsinə əsasən I yeri Akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin komandası; II yeri Milli Qəhrəman Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin komandası; III yeri- Cəlilabad şəhər Texniki və Humanitar fənnlər təmayüllü 8 nömrəli məktəb liseyn komandası tutub.

Qeyd edək ki, Yarışın əsasnaməsinə uyğun olaraq qalib komandalar Lənkəran şəhərində keçiriləcək “Suveren Kuboku” uğrunda final mərhələsində Cəlilabad rayonun təmsil edəcəklər.