25.04.2025
Aprelin 25-də Cəlilabad rayon Privolnoye kənd mədəniyyət evi, kitabxana filialı, 1 saylı məktəbin müəllim və şagirdlərinin iştirakı ilə "Konstitusiya və Suverenlik İli" mövzusunda tədbir keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur.
Sonra məktəblilərin ifasında vətənpərvər şeirlər səsləndirilib.