Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqların zərərli informasiyadan qorunması

25.04.2025

25 aprel 2025-ci il tarixdə Astara Tarix-Diyarşünaslıq Muzeyində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nına əsasən “Uşaqların zərərli informasiyadan qorunması” ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ərçivan qəsəbə Sahib Kələntərov adına 2 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə muzeyin kiçik-elmi işçisi Rəna Əskərova açaraq qeyd edib ki, Uşaqları qorumaq, onların müdafiəsi cəmiyyətin əsas vəzifələrindən biridir. Uşaqların zərərli informasiyadan qorunması dedikdə, ilk olaraq insanın ağlına virtual məkandan, internet resuslarından doğan təhlükələr gəlir.

Sonra muzeyin kiçik-elmi işçisi Çiçək Axundova məruzə ilə çıxış edib və məruzə ətrafında şagirdlərlə fikir mübadiləsi aparılıb.