25.04.2025
Aprelin 25-də Masallı rayon Mərkəzi Kitabxanasının həyətində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyi münasibətilə kitab sərgisi təşkil olunub.
Sərgidə Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən kitablar, məqalələr, foto materiallar və digər nəşrlər nümayiş etdirilib.
Kitabxana əməkdaşları sərgi iştirakçılarına Zərifə Əliyevanın elmi fəaliyyəti və şəxsi keyfiyyətləri haqqında geniş məlumat veriblər.
Tədbirin məqsədi akademikin zəngin elmi irsini, tibb sahəsindəki xidmətlərini və nümunəvi həyat yolunu oxuculara tanıtmaq, gənc nəsildə elmə və biliyə maraq oyatmaq olub.