29.04.2025
Aprelin 29-da Astara Tarix-Diyarşünaslıq Muzeyində Ailə siyasətinin həyata keçirilməsi istiqamətində işlərin icrası ilə əlaqədar Tədbirlər Planı”na əsasən “Müasir cəmiyyətdə ailə dəyərləri və onun qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara rayon Tüləgüvən kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə muzeyin direktor vəzifəsini icra edən Şahin Əliyev açaraq qeyd edib ki, Azərbaycanın xalqınının ən önəmli dəyərlərindən biri məhz ailə dəyərləridir. Müasir Azərbaycan dövlətinin ailə siyasətinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Heydər Əliyev bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edirdi. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır və onun sosial problemlərinin həllini prioritet vəzifə kimi görür, bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir.
Sonra mövzu ilə bağlı muzeyin kiçik-elmi işçisi Çiçək Axundova məruzə edib.
Yekunda şagirdlər muzeyə ekskursiya ediblər.