02.05.2025
Mayın 2-də Masallı Rayon Mərkəzi Kitabxanası tərəfindən Heydər Əliyev parkında “Konstitusiya və Suverenlik İli” çərçivəsində açıq kitabxana formatında kitab sərgisi təşkil olunub.
Sərgidə Konstitusiya, dövlətçilik, hüquqi islahatlar və suverenlik mövzusunda kitablar və nəşrlər nümayiş edilib.
Kitab sərgisi iştirakçılar tərəfindən maraqla qarşılanıb və bir sıra oxucular hüquqi və tarixi mövzularda kitablara abunə yazılıblar.