28.04.2025
Aprelin 28-də Yardımlı rayon Mərkəzi Kitabxanasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə əlaqədar dəyirmi masa keçirilib.
Öncə torpaqlarımız uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxananın şöbə müdiri Ərşad İsrafilov tədbiri açaraq 2025-ci ilin“Konstitusiya və Suverenlik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 dekabr 2024- cü il tarixli sərəncamı və tədbirlər planı haqqında məlumat verib.
Sonra kitabxananın digər şöbə müdiri Vasif Abdulov geniş məruzə edərək bildirib ki,2025-ci ilin "Konstitusiya və Suverenlik İli"elan edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm bir mərhələdir. Bu il ərzində görüləcək işlər, həyata keçiriləcək tədbirlər hüquqi dövlət quruculuğu, milli suverenliyin qorunması və dövlətçilik dəyərlərinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. 2025-ci il həm Azərbaycanın müstəqilliyinin, həm də Konstitusiyasının müəyyən etdiyi hüquqi və demokratik prinsiplərin möhkəmləndirilməsi yolunda tarixi bir il olacaq. Bu təşəbbüs Azərbaycan xalqının milli ruhunu, dövlətinə olan bağlılığını və suverenliyini qoruma əzmini daha da gücləndirəcək. Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb.