Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan alveri-Ümumbəşəri bəla

01.05.2025

Mayın 1-də Astara Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamına əsasən insan alverinə qarşı mübarizə ilə əlaqədar “İnsan alveri-Ümumbəşəri bəla” mövzusunda tədbir keçirilib.

Tədbirdə N. Əliyev adına Maşxan kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə muzeyin kiçik elmi işçisi Rəna Əskərova açaraq qeyd edib ki, bu gün dünyanın inkişaf etmiş əksər ölkələrində dövlət tərəfindən aparılan mübarizələrdən biri də insan alverinə qarşı mübarizədir. İnsan alverinə qarşı mübarizə ölkəmizdə də geniş vüsət alıb. Bununla bağlı respublikamızda hüquqi-normativ baza müəyyən edilib. İnsan alveri - yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə həyata keçirilir. Cinayətkarlar bu məqsədlə külli miqdarda vəsait əldə edirlər. Onlar oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsini təmin edirlər.

Sonra mövzu ilə bağlı muzeyin əməkdaşı Vüsalə Xocaxanova məruzə edib.

Yekunda şagirdlər muzeyə ekskursiya eediblər.