06.05.2025
Mayın 6-da Lerik rayon Mədəniyyət Mərkəzində rayon Mədəniyyət Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə tədbirlər planına əsasən ailə siyasətinin həyata keçirilməsi mövzuzunda tədbir keçirilib.
Tədbirdə çıxış edənlər Mədəniyyət Mərkəzinin direktoru Şəfahət Əliyev və MKS-in direktor əvəzi Şəlalə Ağayeva bildiriblər ki, müasir dövrdə milli-mənəvi dəyərlər və ailə dəyərlərinə zidd olan proseslər ciddi narahatçılıqlar yaradır.
Bildirilib ki, ailə, cəmiyyət və dövlət arasında əlaqə müxtəlif istiqamətli olmalıdır və yekun nəticədə bütün səylər bir araya gəlməlidir. Biz bütün hərəkətlərimizlə ailəmizə, cəmiyyətə və dövlətə xidmət etdiyimizi unutmamalıyıq.
Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin, eləcə də onun siyasi xəttini davam etdirən cənab Prezident İlham Əliyevin dövlət siyasətində ailə məsələlərinə daima xüsusi yer verilib.
Bütün bunları nəzərə alaraq, mədəniyyət işçiləri də, bu sahədə öz öhdəsinə düşən vəzifəni müəyyənləşdirməlidir və Azərbaycan ailəsinin qorunması və möhkəmlənməsi üçün lazımi dəstəyi verməlidir.
Tədbir iştirakçılarla qarşılıqlı fikir mübadiləsi formasında davam edib.