Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev irsi: Gənc nəsil üçün örnək həyat yolu

06.05.2025

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Malik Bağışov adına Lerik şəhər 3 saylı tam orta məktəbdə “Heydər Əliyev irsi: Gənc nəsil üçün örnək həyat yolu” mövzusunda tarix dərsi təşkil olunub.

İlk öncə Ulu Öndərin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Mərkəzin əməkdaşı çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən məlumat verib.

Dərs çərçivəsində məktəbin istedadlı şagirdi, Mərkəzin dərnək üzvü IX sinif şagirdi Sübhan Seyfullazadə çıxış edərək “Ən yaxşı təqdimat” müsabiqəsində qalib gəldiyi “Heydər Əliyev və doğma şəhərim” mövzusunda təqdimatını səsləndirib.

Tədbirin məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin irsini və Vətənə xidmət nümunəsini gənc nəslə aşılamaq, onun həyat və fəaliyyətinə dərindən bələd olmaqdır.