08.05.2025
Mayın 8-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan "Ulu Öndər" adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin və Masallı Dövlət Reional Kollecinin birgə təşkilatçılığı ilə hazırlanan ədəbi-bədii kompozisiyanı təşkilatçı müəssisələrin əməkdaşları, idarə-müəssisə rəhbərləri və tələbələr izləyiblər.
Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tamaşa nümayiş olunub.
Qeyd edək ki, kompozisiyanın quruluşu Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyevə, musiqisi Ruslan Zahidova, səhnə tərtibatı isə Elsevər Əliyevə aiddir.
Rolları Masallı Xalq Teatrının aktyorları, Qarğalıq kənd Yaradıcılıq evi, Kürdəbaz kənd klubunun dərnək üzvləri və Masallı Dövlət Regional Kollecinin tələbələri ifa ediblər. Musiqilər mərkəzin solistləri Atamoğlan Zahid və Ruslan Zaqhidovun ifasında təqdim olunub.