Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda festival ab-havası

07.05.2025

Mayın 7-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalının seçim turu çərçivəsində Lənkəranda tədbir keçirilib.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, digər rəsmilər, ictiamiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə şəhərin mərkəzi küçələrində musiqi məktəblərinin şagirdlərinin, dərnək üzvlərinin iştirakı ilə yürüş təşkil olunub. Alqış və musiqi sədaları ilə müşayət olunan yürüş Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin həyətində yekunlaşıb.

Sonra tədbir iştirakçıları mərkəzin həyətində təşkil olunmuş dekorativ sənət nümunələrinin, rəsm əsərlərin sərgisinə baxış keçiriblər.

Daha sonra şagirdlərin və dərnək üzvlərinin ifasında konsert proqramı təqdim olunub. Səhnə çıxışları, əyləncə zonaları və gülüş dolu anlar Lənkəranı əsl festival şəhərinə çevirib.

Tədbir balaca rəssamlar üçün keçirilən ustad dərsləri ilə yekunlaşıb. Rəssam Elçin Hüseynlinin təqdimatında keçirilən dərsdə uşaqların çəkdiyi əsərlər müzakirə olunub, rəssamlıq texnikaları izah edillib və onların sualları cavablandırılıb.