13.05.2025
Mayın 13-də Astara Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə C.Babayev adına şəhər 3 saylı tam orta məktəbində Azərbaycan Respubliksında 2025-ci il Konstitusiya və Suverenlik ili elan edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının Konstitusiyası və Suverenliyi” adlı tarix dərsi keçirilib.
Dərsdə muzeyin kiçik-elmi işçisi Çiçək Axundova məktəbin V sinif şagirdləri üçün “Azərbaycan Respublikasının Konstitusiyası və Suverenliyi” mövzusunda məruzə edib.
Məruzədən sonra şagirdlərlə fikir mübadiləsi aparılıb.