13.05.2025
İnsan Hüquqları aylığı çərçivəsində mayın 13-də Astara rayon Heydər Əliyev Mərkəzində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə şəhər 5 saylı, F.Əliyarov adına şəhər 6 saylı tam, Bala Şahağac, Ş.Əliyev adına Rüdəkənar kənd ümumi orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması və təmin olunması istiqamətində mühüm addımlar atılır. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər və beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumatlar verib.
Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.
Daha sonra “Bizim hüquqlarımız” qısa sənədli film nümayiş olunub.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.