Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın-MDB-nin mədəniyyət paytaxtı-2025

14.05.2025

Mayın 14-də Astara Tarix-Diyarşünaslıq Muzeyində regionda mədəniyyət layihələrinin həyata keçirilməsi ilə əlaqədar “Laçın-MDB-nin mədəniyyət paytaxtı-2025” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Astara şəhər 5 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə muzeyin kiçik-elmi işçisi Çiçək Axundova açaraq qeyd edib ki, MDB Humanitar Əməkdaşlıq şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi təşkilatda Azərbaycana göstərilən hörmət və etimadın daha bir təsdiqidir. Laçın Azərbaycan xalqı üçün adi bir yaşayış məntəqəsi deyil. Uca dağlar qoynunda qərar tutan bu şəhərin əsrarəngiz gözəlliyə malik olması ilə yanaşı, Laçın bizim üçün həm də bir rəmzi məna daşıyır. Otuzillik işğaldan sonra Laçın azad olundu, hazırda bu şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. Dövlətimizin başçısının dediyi kimi, “Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.

Sonra mövzu ilə bağlı muzeyin kiçik-elmi işçisi Rəna Əskərova məruzə edib.

Sonda şagirdlər muzeyə ekskursiya eediblər.