Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Seyid Əzim Şirvani yaradıcılığına bir nəzər

14.05.2025

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi ilə əlaqədar mayın 14-də Astara rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbirdə şəhər 5 saylı, F.Əliyarov adına şəhər 6 saylı tam, Bala Şahağac, Ş.Əliyev adına Rüdəkənar kənd ümumi orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, 2025-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 ili tamam olur. Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirmiş, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirmişdir.

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.

Daha sonra “Seyid Əzim Şirvanini yaradıçılığı” qısa sənədli film nümayiş olunub.