15.05.2025
Mayın 15-də Astara rayon Mərkəzi kitabxanasında İnsan hüquqları aylığı ilə bağlı "İnsan hüquqları qoruyucu təbəqə kimdir" mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara RİHB-nın Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayon üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva, Astara şəhər 1 və 2 saylı orta məktəbin müəllim və X sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Astara rayon MKS-nin direktor əvəzi Emil Baxşıyev açaraq bildirib ki, insan hüquqları qoruyucu təbəqə kimdir,onlar sizi mühafizə edir,onlar qaydalar kimidir,çünkü sizə necə davranmalı olduğunuzu deyirlər.Hüquq bizim haqlı olaraq irəli sürdüyümüz tələbdir.
Sonra RİHB-nın Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva məruzə edib. Daha sonra kitabxananın əməkdaşları Nərgiz Məhərrəmova və Yaqut Nəzərova mövzu ətrafında çıxış ediblər.
Yekunda şagirdlərin sualları cavablandırılıb.