13.05.2025
Mayın 13-də Yardımlı rayon Mərkəzi kitabxanasında “15 May-Beynəlxalq Ailə günü” ilə əlaqədar dəyirmi masa keçirilib.
Kitabxananın əmkdaşı Vasif Abdulov tarixi gün haqqında məlumat verərək qeyd edib ki, Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir. Bununla beynəlxalq səviyyədə ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri gündəliyə gətirmək nəzərdə tutulub.
Daha sonra tədbir iştirakçılarından Şahbaz İsmayılov və Eldəniz Heydərov mövzu ilə bağlı fikirlərini bildiriblər.