15.05.2025
Lerik Rayon Heydər Əliyev Mərkəzinin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Uzunömürlü ailələrimiz" mövzusunda maarifləndirici görüş təşkil olunub.
Tədbirdə çıxış edənlər ailə institutunun cəmiyyətdəki əhəmiyyətindən, milli-mənəvi dəyərlərin qorunub saxlanmasının və gənc nəsillərə ötürülməsinin vacibliyindən bəhs ediblər. Görüş zamanı əxlaq, ailə adət-ənənələri və nəsillərarası bağların möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Eyni zamanda ailə dəyərlərinin formalaşmasında gənclərin rolu vurğulanaraq, bu kimi görüşlərin əhəmiyyəti qeyd edilib.
Sonda mövzu ətrafında suallar cavablandırılıb, fikir və təkliflər dinlənilib.