15.05.2025
Mayın 15-də Astara rayon Heydər Əliyev Mərkəzində 15 May Beynəlxalq Ailə Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Astara rayon M.Abiyev adına Vaqo kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq demişdir: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”.
Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.
Daha sonra “15 may- Beynəlxalq Ailə Günü” qısa sənədli filmi nümayiş olunub.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.