15.05.2025
Mayın 15-də Astara Tarix-Diyarşünaslıq Muzeyində 18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Heydər Əliyev və Muzeylər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xanlar Şəkərov adına Tüləgüvan kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
İlk öncə Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə muzeyin direktor vəzifəsini icra edən Şahin Əliyev açaraq qeyd edib ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafik şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Bülbül və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılıb. Muzey işi soxsahəli və çoxçalarlı bir fəaliyyətdir. Muzey işi yüksək peşəkarlıq, dəqiqlik, elmilik tələb edən bir sahədir.
Sonra mövzü ilə bağlı muzeyin kiçik -elmi işçisi Çiçək Axundova məruzə edib.
Sonda şagirdlər muzeyə ekskursiya ediblər.