Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda “Beynəlxalq Ailə günü” münasibəti ilə tədbir keçirilib

15.05.2025

Mayın 15-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və Cəlilabad Mədəniyyət Mərkəzi birgə “Beynəlxalq Ailə günü” münasibəti ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, bu gün Beynəlxalq ailə günü qeyd edilir – ailənin cəmiyyətin təməl daşı olduğunu xatırladan bir gündür. 1993-cü ildən bəri qeyd olunan bu gün, ailə bağlarını gücləndirmək və hər bir fərdin bir-birinə qarşı daha anlayışlı və dəstəkverici olmasını təşviq etmək məqsədi daşıyır.