18.05.2025
18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Lerik rayon Heydər Əliyev Mərkəzində "Açıq qapı" günü çərçivəsində rayonun müxtəlif məktəblərindən olan şagirdlərin ekskursiyası təşkil olunub.
Ekskursiya zamanı şagirdlər mərkəzdə sərgilənən, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanış olublar. Onlara dahi şəxsiyyətin dövlətçilik fəaliyyəti, keçdiyi şərəfli ömür yolu, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə əldə olunan nailiyyətlər, xalqın rifahı və dövlət müstəqilliyinin möhkəmləndirilməsi uğrunda göstərdiyi misilsiz xidmətlər barədə ətraflı məlumat verilib.