18.05.2025
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin 18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq elan olunan “Açıq qapı” günündə növbəti tamaşaçıları Sığdaş kənd tam orta məktəbin şagirdləri olub.
Balacalar muzeyin əməkdaşı Həmid Cəbiyev ekskursovodluğu altında muzey və onun maraqlı eksponatları ilə yaxından tanış olaraq maraqlı məlumatlar əldə ediblər.