18.05.2025
18 may Beynalxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə elan olunmuş “Açıq qapı” günləri və İCOM-n “Sürətlə Dəyişən İcmalarda Muzeylərin Gələcəyi” devizi altında Masallı Tarix-Diyarşünaslıq Muzeyində ekskursiyalar təşkil edilib.
Masallı Gənclər Evinin dəstəyi ilə muzeyə ekskursiya edən kollec tələbələri və gənclər muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədovanın ekskursavodluğu altında bölgəmizin qədim və zəngin tarixini özündə əks etdirən eksponatlarla yaxından tanış olublar.
Dilgüşə Məmmədova bölgəmizin tarixi və mədəni zənginliyi ilə yanaşı muzeylərin bir mədəniyyət mərkəzi olaraq mədəni irsin qorunması, təbliğ edilməsi, gələcək nəsillərə çatdırılması işində tutduğu mövqe və öhdəliklərindən də danışıb.
Sonda tələbə və gəncləri muzeyə eksponat toplama və qeydiyata alma işi ilə bağlı maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.