18.05.2025
18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq Masallı Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyalar təşkil edilib.
Açıq qapı günlərində muzeyin növbəti qonaqları İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbin birinciləri olublar.
Muzeyin əməkdaşı Heyran Lələyeva apardığı ekskursiyada balaca fidanlara bölgənin flora-faunası, tarixi, adət ənənələri, sənətkarlıq növləri, tanınmış şəxsiyyətləri və şəhidləri haqqında geniş və ətraflı məlumat verib.