17.05.2025
Astara rayon Mərkəzi kitabxanasında Azərbaycanın görkəmli rəssamı, Dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyi münasibəti ilə "İncəsənətin xəzinəsi" mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara şəhər M.Ə.Sabir adına 1saylı orta məktəbin müəllimi Günel Babayeva və X sinif şagirdləri iştirak ediblər.
Kitabxana əməkdaşları Aybəniz İbadova və Nərgiz Məhərrəmova çıxış edərək dahi rəssam haqqında iştirakçılara geniş məlumat veriblər.
Yekunda görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.