16.05.2025
Mayın 16-da Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli yazıçı, dramaturq və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 155 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə kitabxana əməkdaşları çıxış edərək yazıçının həyat və yaradıcılığı haqqında məlumat veriblər. Bildirilib ki, Ə.Haqverdiyev 1892-ci ildə ilk əsəri olan “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesini, 1896-cı ildə isə “Dağılan tifaq” əsərini Peterburqda yazıb. O, həmçinin 1906-cı ildən nəşrə başlayan “Molla Nəsrəddin” jurnalında “Ceyranəli”, “Xortdan”, “Həkimi-nuni-səğir”, “Lağlağı”, “Mozalan” kimi imzalarla hekayə, felyeton və publisistik yazılarla çıxış edib.
Qeyd olunub ki, yazıçının “Cəhənnəm məktubları”, “Mozalan bəyin səyahətnaməsi”, “Marallarım” kimi əsərləri oxucular tərəfindən böyük maraqla qarşılanıb.